“Catel” BTRİB və “Azerfon” şirkətinin idarəçiliyinə verilə bilər

“Catel” BTRİB və “Azerfon” şirkətinin idarəçiliyinə verilə bilər

3 May 2011 10:48
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycanın ilk mobil CDMA operatoru "Catel" şirkəti Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) və "Azerfon" şirkətinin idarəçiliyinə verilə bilər. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl "Catel"də texniki problemlər yaranıb: "Şirkət bunu mayın əvvəlində aradan qaldırmalı idi. Biz nazirlik səviyyəsində işə qarışdıq və BTRİB-lə "Azerfon"u "Catel"də yaranmış problemlərin həllinə yönəltdik". Nazir qeyd edib ki, hazırda "Catel"in stasionar rabitə şəbəkəsinin BTRİB-in, mobil telefon şəbəkəsinin isə "Azerfon"un idarəçiliyinə götürülməsi ilə bağlı müzakirələr aparılır: "Yaxın vaxtlarda abunəçilər "Catel" şəbəkəsindən tam istifadə edə biləcək. Abunəçilərə kompensasiya verilməsi məsələsinə də baxılır". Qeyd edək ki, "Catel" şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Bakı, Abşeron, Sumqayıt, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Şəki, Şabran, Nabran, Quba, Lənkəran, Astara, Masallı, Cəlilabad və Tovuz "Catel"in əhatə dairəsindədir.


Burda deyiblər, ucuz ətin şorbası olmur. Olsa da, çox gec bişir...


Tofiq Əliyev


O.M.