Paytaxtda universitetdə təhsil alan türk tələbə qız özünü asdı

Paytaxtda universitetdə təhsil alan türk tələbə qız özünü asdı

6 Fevral 2013 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 5-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında, Türkiyə vətəndaşı 1989-cu il təvəllüdlü Reyhan Hakkı Zekriyye özünü yaşadığı otaqda asıb. 24 yaşlı qızın asılı vəziyyətdə qalmış meyitini tələbə yoldaşları aşkarlayıblar. Məlumata görə, R.H.Zekriyye Bakıda ali məktəbdə təhsil alırmış. Onun intihar səbəbləri hələlik məlum deyil. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

O.M.