Yediyiniz qidalar yararlıdırmı?..

Yediyiniz qidalar yararlıdırmı?..

3 May 2011 10:27
Bəyəndim (0) Bəyənmədim (0)


Yediyiniz qidaların istifadə müddətinə fikir verin. Çünki hər an zəhərlənmə təhlükəsi ilə üz-üzə qala bilərsiniz. Belə ki, bəzi ərzaq satışı məntəqələrində vaxtı keçmiş məhsullar satılır.


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı vaxtı keçmiş qida məhsulları aşkarlanıb.


Belə ki, Bakı şəhərinin Yasamal rayonunda B. Bağırov küçəsində yerləşən "Aygün market"də; Nəsimi rayonunda M. Qaşqay küçəsində Taleh Həsənova məxsus mağazada; Azadlıq prospekti, 70/2 ünvanında yerləşən "Prestij market"də; M. Qaşqay küçəsi, 3 ünvanında Pərvin Qocayevə məxsus mağazada; Kaveroçkin küçəsindəki "525 market"də; Göygöl şəhərində A. Kazımov küçəsində Minayə Mehdiyevaya məxsus mağazada ümumi çəkisi 210 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.


Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunub.


Ən gözəl həkim insanın özüdür...


Elvin Babayev


O.M.