Hazırlaşın, qış gəlir - havalar soyuyacaq!

Hazırlaşın, qış gəlir - havalar soyuyacaq!

5 Fevral 2013 12:29
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanın bəzi yerlərində hava şəraiti qısa müddətə soyuyacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, yaxın üç gün ərzində Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Fevralın 6-da axşam, fevralın 8-də əsasən, səhər bəzi yerlərdə duman gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək, fevralın 7-də çənub küləyi ilə əvəzlənəcək. Fevralın 7-də gecə və səhər bəzi yerlərdə ciskinli yağış yağacağı gözlənilir. Yaxın üç gündə havanın temperaturu gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında yaxın üç gün ərzində əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin fevralın 7-də bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar yağacağı gözlənilir. Fevralın 8-də hava yenidən əsasən, yağmursuz olacaq. Fevralın 6-da arabir güclənən qərb küləyi əsəcək. Yaxın üç gündə Aran rayonlarında havanın temperaturu gündüz 10-15 dərəcə isti, dağlıq rayonlarda gündüz 3-8 dərəcə isti gözlənilir.

O.M.