Ötən il Azərbaycanda 51 min ton balıq ovlanıb

Ötən il Azərbaycanda 51 min ton balıq ovlanıb

5 Fevral 2013 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən il Azərbaycanda balıqçılıq təsərrüfatları və fiziki şəxslər tərəfindən 182,3 mln. manat dəyərində 50,6 min ton balıq ovlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat ilində balıq və digər su bioloji resurslardan istifadə qaydalarına əsasən, balıq ovuna 1 748 ton kvota verilib və onun alınması üçün balıqçılar tərəfindən 17,9 min manat ödənilib. Balıq ovuna icazə almış 102 hüquqi və fiziki şəxs tərəfindən 910 ton balıq ovlanıb: "Ovlanmış balığın 372 tonu kilkə, 126 tonu siyənək, 125 tonu kefal, 80 tonu kütüm, 64 tonu çapaq, 63 tonu külmə balıqları, qalanı isə digər balıq növlərinin payına düşüb".

O.M.