Obamanın Xocalı qətliamı ilə bağlı bəyanat verməsi üçün imzatoplama kampaniyası davam edir

Obamanın Xocalı qətliamı ilə bağlı bəyanat verməsi üçün imzatoplama kampaniyası davam edir

5 Fevral 2013 12:12
Bəyəndim (0) Bəyənmədim (0)
Heç nəyi unutmayaq, heç nəyi yaddan çıxartmayaq...

"Ağ Ev"in rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the people) bölməsində Xocalı qətliamının tanınması məqsədilə yerləşdirilmiş petisiya üçün faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə imzatoplama kampaniyasına başlanılıb. Artıq ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün "Biz xalqıq" kampaniyası çərçivəsində səsvermə başlayıb. Məlumatda qeyd olunur ki, "Biz xalqıq" kampaniyasında səsvermədə iştirak etməzdən əvvəl "İştirak şərtlərini" oxuduğunuza, qəbul olunmuş qayda və təlimatlara riayət etdiyinizə əmin olmaq lazımdır.
"Biz xalqıq" kampaniyasında iştirak etmək üçün "WhiteHouse.gov" ünvanında hesab yaratmaq vacibdir. Bunun üçün əvvəlcə saytda "Hesab yarat" (Create an account) bölməsinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Daha sonra orada e-mail ünvanına daxil olub göndərilən linki təsdiqləmək lazımdır.

O.M.