Ermənilər 20 yaşlı əsgərimizi yaraladılar

Ermənilər 20 yaşlı əsgərimizi yaraladılar

5 Fevral 2013 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Məlumata görə, hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb. Ordumuzun əsgəri, 20 yaşlı Şahmar Şahlar oğlu Daşdəmirov düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bu faktı təsdiqləyib. Qeyd edək ki, Ş.Daşdəmirov Xaçmaz rayonundan hərbi xidmətə çağırılıb.

O.M.