Diqqət: Bakıxanovda su olmayacaq

Diqqət: Bakıxanovda su olmayacaq

5 Fevral 2013 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 5-də gün ərzində Sabunçu rayonu Bakıxanov qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsindən keçən uzun müddətdir istismarda olan 355 mm diametrli çuqun borulardan ibarət 1200 metrlik magistral su xətti polietilen borularla əvəzlənib. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin məlumatına görə, hazırda yeni xəttin şəbəkəyə qoşulması işləri aparılır. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

O.M.