Ötən il Azərbaycanda 117 min iş yeri açılıb

Ötən il Azərbaycanda 117 min iş yeri açılıb

5 Fevral 2013 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

"2012-ci ildə Azərbaycanda ümumilikdə 117 min iş yeri açılıb" - bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib. N.Məmmədov bildirib ki, yeni iş yerlərindən 93 mini daimidir. O qeyd edib ki, ölkədə işsizlik isə 5,2% səviyyəsində olub. Əhalinin gəlirlərinə də toxunan N.Məmmədov 2012-ci ildə vətəndaşların gəlirlərinin 13,8 faiz artdığını söyləyib: "Əhalinin gəlirlərinin artmasını nəzərə alsaq, inflyasiyanın 1 faiz olmasını normal qəbul etmək olar". N.Məmmədov orta əmək haqqının 391 manat, orta təqaüdlərin isə 161 manat olduğunu da qeyd edib.

O.M.