23 yaşlı oğlan Saat Qülləsinin yaxınlığında özünü dənizə atıb

23 yaşlı oğlan Saat Qülləsinin yaxınlığında özünü dənizə atıb

5 Fevral 2013 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 4-də Bakı bulvarında gənc oğlan özünü öldürməyə cəhd edib. Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, saat 21:10 radələrində Suraxanı rayon Əmircan qəsəbəsi Əvəz Verdiyev küçəsində yaşayan 1990-cı il təvəllüdlü Abbasov Eyyub Abbas oğlu özünü dənizə atıb. 23 yaşlı oğlan Saat Qülləsinin yaxınlığında özünü dənizə atıb. Dənizkənarı Milli Parkın mühafizəçiləri dənizə atılaraq onu xilas ediblər. E.Abbasov xəstəxanalardan birinə yerləşdirilib. Gənc oğlanın hansı səbəbdən intihara cəhd etməsi məlum deyil. Faktla əlaqədar araşdırma aparılır.

O.M.