Şirvanda ev yandı

Şirvanda ev yandı

5 Fevral 2013 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Şirvan şəhərində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan şəhər Yanğından Mühafizə Xidmətindən (YMX) verilən məlumata görə, yanğın səhər saatlarında Səfərov Vahid Əjdər oğluna məxsus fərdi yaşayış evində qeydə alınıb. Ev sahibinin bildirdiyinə görə, yanğına elektrik xəttinə qoşulmuş ütü səbəb olub.
YMX-yə yanğın barədə məlumat daxil olan kimi hadisə yerinə 3 yanğınsöndürən maşın göndərilib. Yanğın söndürülüb. Lakin evdə olan bir çox əşyalar yanıb. Faktla bağlı araşdırmalar aparılır.

O.M.