Ətraf mühitin yaşıllaşdırılması davam edir

Ətraf mühitin yaşıllaşdırılması davam edir

3 May 2011 10:19
Bəyəndim (0) Bəyənmədim (0)


Ətraf mühitin yaşıllaşdırılması davam edir. Bakı və ətraf ərazilərdə meşə zolağı genişləndirilib. Bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti yayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən 2011-ci ilin yanvar-aprel ayları ərzində dövlət meşə fondu torpaqlarında Nazirliyin daxili imkanları hesabına 1304 hektar sahədə meşə əkini və səpini işləri aparılaraq 2 906 000 ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkildiyi açıqlanıb.


Əkilən ağaclar müəssisələrin öz tinglik sahələrində yetişdirilib. Eyni zamanda, müəssisələr tərəfindən müxtəlif ağac və kol cinslərindən 12 698 kq toxum tədarük edilmiş və 83,64 hektarda tinglik sahəsi salınmışdır.


Bakı və onun ətraf ərazilərinin 140 hektar sahəsində isə 180 000 ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkilib. Ümumiyyətlə, 2011-ci ilin yanvar ayından etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublika ərazisinin ümumilikdə, 1444 hektar sahəsində 3 086 000 ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkilib.


Ağac əkmək yaxşı işdir. Amma ona qulluq etmək ondan da yaxşıdır...


Elvin Babayev


O.M.