Yeni evə köçdü - meyiti həmin evdən çıxdı

Yeni evə köçdü - meyiti həmin evdən çıxdı

5 Fevral 2013 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Qaradağ rayonu ərazisində ailə faciəsi olub. Rayon Polis İdarəsindən verilən məlumata görə, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsi, 30 saylı ünvanda yaşayan 30 yaşlı gənc oğlanın yaşadığı evdə meyiti tapılıb. Mərhumun hansı səbəbdən ölməsi məlum deyil. Hazırda meyit ekspertizaya göndərilib. Onun ölümündə zəhərlənmə ehtimalı var. Onu da əlavə edək ki, gənc oğlan ailəsi ilə həmin evə dünən köçmüşdü.

O.M.