Bakıda fəhlə hündürmərtəbəli binadan yıxılıb öldü

Bakıda fəhlə hündürmərtəbəli binadan yıxılıb öldü

5 Fevral 2013 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli hadisə baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Telnov küçəsi2347/48-ci məhəllədə, "Şaiq" MTK tərəfindən tikilən binada fasadın suvanması zamanı fəhlə yıxılıb. Suvaq işləri aparan fəhlə Babayev Nizami Əlihüseyn oğlu 8-ci mərtəbədən yerə yıxılıb. O aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

O.M.