Çörəkbişirmə sexində partlayış: qadın diri-diri yandı

Çörəkbişirmə sexində partlayış: qadın diri-diri yandı

5 Fevral 2013 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Xaçmaz rayonunun Xudat şəhərində çörəkbişirmə sexində partlayış olub. Partlayış nəticəsində yanğın baş verib. Yanğın zamanı orada işləyən 35 yaşlı qadın diri-diri yanaraq ölüb. Yanğın söndürüldükdən sonra 1978-ci il təvəllüdlü Aynurə Hacı qızı Abdullayevanın meyiti tapılıb. Onun meyiti müayinə olunduqdan sonra ailəsində təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

O.M.