Ələt-Astara yolunda avtobus qəzası

Ələt-Astara yolunda avtobus qəzası

4 Fevral 2013 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Hadisə şahidlərinin verdiyi məlumata görə, Salyan rayonunun Dayıkənd kəndi yaxınlığında, "İkarus" markalı sərnişin avtobusu "VAZ 21015" markalı avtomobillə toqquşub. Daha sonra avtobus yoldan çıxaraq ağaca çırpılıb və aşıb. Hadisə nəticəsində minik avtomobilində olan 4 nəfər və avtobusun sürücüsü xəsarət alıb. Sərnişin avtobusunun ticarət mərkəzlərindən birindən rayona yük daşıdığı və içərisində sərnişinlərin az olduğu bildirilir.

Faktla əlaqədar araşdırmalar aparılır, ekspertiza təyin edilib.

O.M.