VIDEO-Ben Laden haqda həqiqətlər

VIDEO-Ben Laden haqda həqiqətlər

3 May 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)
Əməliyyatın təfərrüatı

Dünəndən bəri bütün dünya mətbuatını bir xəbər məşğul edir. Bu, 10 ildir dünya ictimaiyyətindən gizlənən Usama Ben Ladenin ölümüdür. Xatırladaq ki, terrorçu Pakistanın paytaxtından 120 km şimalda Abbottabade şəhərində yaşadığı villanın yataq otağında başına vurulan güllə ilə qətlə yetirilmişdi. Bu əməliyyatı ABŞ Hərbi Dəniz Qüvvələrinin Xüsusi təyinatlıları həyata keçirmişdi. Daha dəqiq desək, cümə günü Obama RAİD əməliyyatına razılıq verdikdən sonra terrorçu, onun oğlu, 2 nümayəndəsi və 1 qadın öldürüldü. Əməliyyata Mərkəzi Kəşfiyyat İdarəsinin Direktoru Leon Panetta şəxsən havadan nəzarət edirdi. Leon Panettanın dediyinə görə, Ben Laden təslim olmağa razılıq versəydi, diri tutulardı. Terrorçunun ölüm xəbəri bazar ertəsi günorta saat 12:00 dan etibarən dünyaya yayıldı.


Bunun ardınca dünya KİV-lərində təzadlı xəbərlər yayılmağa başladı. Belə ki, meyitin ona aid olmadığı, hətta foto-montaj olduğu haqda fikirlər dolaşdı. Lakin DNK təhlili məhz Ben Ladenin öldürüldüyünü sübut etdi.


Onu da qeyd edək ki, buna qədər Ben Ladenin təhlükəsizliyi yüksək səviyyədə qorunurdu. O, əvvəlcədən zənn edildiyi kimi komada deyil, hündürlüyü 5.5 metr hasarla və üzəri tikanlı məftillərlə örtülü villada qalırdı. Terrorçunun nə telefonu, nə də interneti var idi.


Onun meyiti ABŞ hərbi hava qüvvələri tərəfindən Pakistan sularına buraxıldı. Belə ki, rəsmilər onun məzarının ziyarətgah ola biləcəyindən ehtiyatlanırlar.


Bildiyiniz kimi bazar ertəsi günü bütün ABŞ kütləvi şənliklərlə Ben Ladenin ölümünü qeyd etdi. 11 sentyabr hadisələrinin törədildiyi yerlərdə mitinq keçirildi. İştirakçılar "yaşasın ABŞ və Rusiya" şüarlarını səsləndirdilər. Tədbiri salamlayan Barak Obama nitqinə bu sözlərlə başladı: "Məncə, siz də razılaşarsınız ki, bu, Amerika üçün böyük gündür."


Bir sözlə, 1 nömrəli terrorçunun ölüm xəbəri bütün ABŞ-ı, o cümlədən dünya ictimaiyyətini ayağa qaldırdı. Dövlət katibi Hillari Klinton bu işdə Pakistanın əməyini yüksək qiymətləndirdi. O, terrorçuların mümkün qisasından qorunmaq üçün təhlükəsizlik tədbirlərini artırmalı olduqlarını bildirdi. Dövlət Departamenti isə əhalidən ehtiyatlı olmağı xahiş etdi.


BMT Təhlükəsizlik Şurası da terrorçunun ölümünü alqışlayan bəyanat yayaraq, bunu terrorizmlə mübarizədə dönüş nöqtəsi adlandırdı.


Əl Qaidənin və ona yaxın olan təşkilatların ilk reaksiyası gözlənildiyi kimi cihada çağırış oldu.


Meyitin tələm-tələsik sulara atılması xəbəri istər-istəməz şübhələri artırır. Axı Ben Laden hələ SSRİ Əfqanıstanı işğal etdiyi dövrlərdə ABŞ tərəfindən hazırlanaraq meydana atılmışdı. Deməli, onun missiyası ABŞ-ın bölgədəki maraqlarını güdmək olmalı idi. Bu yerdə bir faktı qeyd etmək yerinə düşərdi ki, həqiqət anlaşılsın.


Hər il minlərlə qeyri-müsəlman İslam dinini qəbul edirdi. Bu tendensiya artan silsilə ilə davam edirdi. Təbii ki, ABŞ və ya bir başqa Qərb ölkəsi öz vətəndaşlarını zorla bu addımdan çəkindirə bilməzdi. Bunun üçün qlobal tədbirlər görmək lazım idi. Necə ki, görüldü. 11 sentyabr hadisələrindən sonra dünya siyasi terminologiyasına "İslam terrorizmi" kimi yanlış ifadə daxil oldu. İslam dini və onun daşıyıcıları terrorçu qismində qiymətləndirilməyə başladı. Bu isə təbii ki, İslama olan marağı azaltmaqla yanaşı nifrəti artırmış oldu.


Halbuki, dinimizdən az-çox xəbərdar olanlar bilirlər ki, İslama görə bir insanı xilas etmək bütün kainatı xilas etmək qədər savab sayılır. Deməli, günahsız insanı qətlə yetirmək də eyni dərəcədə günah hesab olunur.


Bu isə o deməkdir ki, Ben Laden öz missiyasını "layiqincə" yerinə yetirdikdən sonra siyasi səhnədən təqaüdə çıxır...


Qeyd: şəkildə terrorçunun öldürüldüyü otaq əks olunub.


Natiq Qocaman


O.M.