Sabah hava yağmursuz və normadan isti olacaq

Sabah hava yağmursuz və normadan isti olacaq

4 Fevral 2013 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 05-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 1-5, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Fevralın 05-dən 07-dək Abşeron yarımadasında nisbətən mülayim qış havası müsbət amil olsa da, atmosfer təzyiqinin xeyli tərəddüdü, gilavar və xəzri küləyinin bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

O.M.