Amerika tarixinin ən məşhur nişançısı arxadan zərbə aldı

Amerika tarixinin ən məşhur nişançısı arxadan zərbə aldı

4 Fevral 2013 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ tarixində ən məşhur nişançı sayılan, İraq savaşında 150-dən çox silahlını öldürən Kris Kaylı ölüm gözləmədiyi yerdə yaxalayıb. Oxumeni.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Kris Kayl 1999-2009-cu illərdə İraqda müqavimət mərkəzləri olan Ramadi və Fəlluca şəhərlərində SEAL komandosunun tərkibində yer alıb, "Ramadi şeytanı" ləqəbi ilə tanınıb. İraqdakı müqavimət qrupları onun başına 20 min dollar mükafat qoysalar da, onu İraqda öldürmək mümkün olmayıb. 38 yaşlı Kris Kaylın İraqdan döndükdən sonra yazdığı "American Sniper" adlı kitabı da ABŞ-da ən çox satılan kitablar sırasında yer alıb. O, silah təlimi verən "Craft International" adlı bir şirkət qurub. Elə ölümü də bu şirkətlə bağlı olub. Kris Kayl ötən gün İraq savaşında travma alaraq psixologiyası pozulan bir əsgəri – 25 yaşlı Eddie Rouçu yenidən silaha alışdırmaq üçün Texasdakı bir poliqona gedib. Ancaq poliqonda hələ məlum olmayan səbəbdən Eddie Rouç yaxın məsafədən atəş açaraq Kris Kaylı öldürüb. Eddie Rouç Kris Kaylın avtomobilinə minərək qaçmaq istəsə də, polisin təqibi sonucu yaxalanıb.

O.M.