Kür çayı üzərindəki körpü yenidən uçub

Kür çayı üzərindəki körpü yenidən uçub

3 May 2011 09:56
Bəyəndim (0) Bəyənmədim (0)


Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrində, Kür çayının Şirvan şəhərindən keçən hissəsi üzərində yerləşən avtomobil körpüsü uçub. Kür çayı üzərindəki körpünün üstündəki dəmir-beton plitələrin uçması nəticəsində yolda avtomobillərin hərəkəti yük avtomobilləri üçün məhdudlaşdırılıb, yüngül avtomobillərin hərəkətinə icazə verilir. Uçmuş hissənin bərpasına başlanılıb. Bu hissəyə yeni beton plitələr quraşdırılacaq. Beton plitələrin quraşdırılması və asfalt örtüyünün salınmasının bu gün saat 17:00-a qədər başa çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, körpü bu il aprelin 15-də də uçmuşdu.


Nədənsə bəzi məmurlar xalqla dövlət arasındakı körpünü uçurmağa çalışırlar


Tofiq Əliyev


O.M.