"Facebook"un 9 yaşı oldu!

"Facebook"un 9 yaşı oldu!

4 Fevral 2013 11:31
Bəyəndim (0) Bəyənmədim (0)
Əvvəlcədən şəbəkə "Thefacebook" adlandırılıb

Mark Zukerberq və onunla birlikdə Harvard Universitetində təhsil alan tələbələr tərəfindən yaradılaraq 2004-cü il fevralın 4-də işə salınan dünyanın nəhəng sosial şəbəkəsi "Facebook" 9 yaşını qeyd edir. Əvvəlcədən şəbəkə "Thefacebook" adlandırılıb və ondan yalnız Harvard Universitetinin tələbələri yararlana bilib. 2006-cı ilin sentyabrından etibarən saytdan elektron poçt ünvanına malik yaşı 13-dən yuxarı olan bütün internet istifadəçiləri yararlana bilməyə başlayıb. Hazırda sosial şəbəkə istifadəçilərinin sayı 1 milyardı ötür, Azərbaycanda isə "Facebook"dan təqribən 1 milyon nəfər istifadə edir. Şəbəkə istifadəçiyə fotoşəkilli profil və özü haqqında məlumat yaratmağa, dostlar dəvət etməyə, onlarla məlumat mübadiləsinə, statusu dəyişməyə, özünün və başqalarını səhifələrində məlumat yazmağa, fotoşəkil və videoyazı yükləməyə, qruplar (maraqlar üzrə cəmiyyətlər) yaratmağa və s. imkan verir.

O.M.