Masallı rayonunda maşınlar toqquşub: ölən ailə başçısı, 4 nəfər yaralı isə həmin ailənin üzvləridir

Masallı rayonunda maşınlar toqquşub: ölən ailə başçısı, 4 nəfər yaralı isə həmin ailənin üzvləridir

4 Fevral 2013 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə ötən axşam saat 18.00 radələrində Masallı-Boradigah şose yolunun 7-ci kilometrliyində - yolun Ərkivan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Ərkivan qəsəbə sakini, 30 yaşlı Rauf Ayaz oğlu Nəzərovun idarə etdiyi "QAZ-3110" markalı avtomobil onun həmyerlisi, 23 yaşlı rayon sakini Ziyadzadə Əkbər oğlu Mirzəyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobilin sürücüsü və onların sərnişinləri - 60 yaşlı Reyhan Oruc qızı Mirzəyeva, 23 yaşlı Ramilə Mirmöhsün qızı Mirzəyeva, 3 yaşlı Aynur Ziyadzadə qızı Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən 72 yaşlı Əkbər Ziyad oğlu Mirzəyev aldığı xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib.
İlkin ehtimala görə, hadisə sürücülərin avtomobilləri yüksək sürətlə idarə etməsi və ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib. Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisə zamanı ölən ailə başçısı, 4 nəfər yaralı isə həmin ailənin üzvləridir.

O.M.