Bu gün hava dəyişkən buludlu və dumanlı olacaq

Bu gün hava dəyişkən buludlu və dumanlı olacaq

4 Fevral 2013 09:31
Bəyəndim (0) Bəyənmədim (0)
Günün havasından xəbəriniz olsun!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 1-5, gündüz 7-12 dərəcə isti olacaq. Bakıda gecə 2-4, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-85 faiz, gündüz 60-65 faiz təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 1-6 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 3-8 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gündüz havanın əsasən yağmursuz olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Temperaturun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta olacaq. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 0-5, gündüz 11-16 dərəcə isti olacaq. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 2-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

O.M.