Xocalının səsinə səs verin!

Xocalının səsinə səs verin!

2 Fevral 2013 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Xocalı qətliamı və onun qurbanlarını anması və müharibə cinayətlərini tanıması məqsədilə Ağ Evin rəsmi saytında yerləşdirilən petisiyanı artıq 5500-dən çox şəxs imzalayıb. Məlumata görə, petisiyanın nəzərdən keçirilməsi üçün 25 fevral tarixinə kimi ən azı 94 400 nəfər imzalamalıdır. Əks təqdirdə petisiya baxılmamış qalacaq.
Qeyd edək ki, Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiyada deyilir ki, fevralın 26-da amerikalı azərbaycanlılar və ABŞ azərbaycanlıları şəbəkəsinin dostları 1990-cı illərdə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının 21-ci ildönümünü qeyd edəcək.Petisiyada "Amerika azərbaycanlıları, bizim bu ölkədə və bütün dünyada olan dostlarımız adından faciənin 21-ci ildönümü ərəfəsində Xocalı qətliamı, onun qurbanlarının anılması və prezidentin bununla bağlı bəyanat verməsində bizə kömək etməyiniz üçün sizə müraciət edirik"-deyə bildirilir. Petisiyanı imzalamaq üçün aşağıdakı keçiddən istifadə etmək lazımdır:

https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx

O.M.