Bakıda zibil daşıyan maşın yanıb

Bakıda zibil daşıyan maşın yanıb

2 Fevral 2013 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda zibildaşıyan maşın yanıb. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Xətai rayonunda baş verib.
Belə ki,"MAN" markalı zibildaşıyan yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:58 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.