Nərimanov rayonunda mobil telefon dükanı alovlandı
Bakının Nərimanov rayonunda, metropolitenin "Nəriman Nərimanov" stansiyasından çıxışın yaxınlığındakı ticarət cərgəsində yerləşən dükanlardan biri yanıb. Yanğın mobil telefon satışı dükanında baş verib. İlkin məlumatlara görə, yanğının səbəbi elektrik naqillərindəki qısaqapanmadır. Yanğın nəticəsində dükana böyük zərər dəyib.
O.M.
Digər xəbərlər