Bu gün Azərbaycanda Gənclərin Günüdür!

Bu gün Azərbaycanda Gənclərin Günüdür!

2 Fevral 2013 10:36
Bəyəndim (0) Bəyənmədim (0)
"Buta Palace" onları gözləyir...

Hər il Azərbaycan gəncləri gününün respublikada geniş şəkildə qeyd olunması məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
Nazirlikdən verilən məlumata görə, bu il də gənclərin iştirakı ilə bir sıra tədbirlərın həyata keçirilməsi nəzərdə tutulub. 2 fevral - Azərbaycan gəncləri gününün qeyd olunması Heydər Əliyevin məzarının ziyarəti ilə başlanacaq. Gənclər ardınca Şəhidlər xiyabanını ziyarət edcəklər. Tədbirlər Gənclər və İdman Nazirliyinin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı ilə birgə Gənclər günü münasibətilə təşkil etdiyi gənc rəssamların əsərlərindən ibarət sərgi ilə davam edəcək. Azərbaycan Gəncləri Gününün gənclər arasında geniş şəkildə qeyd olunması məqsədilə təşkil edilmiş tədbirlər fevralın 2-də "Buta Palace"da keçirilən yaradıcı gənclərin mükafatlandırılması mərasimi ilə yekunlaşacaq.

O.M.