Sürücü "İnfiniti"sində can verdi

Sürücü "İnfiniti"sində can verdi

2 Fevral 2013 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Salyan rayonun Kürsəngi kəndi ərazisində, Bakı-Astara yolundan 5 km aralıda "İnfiniti" markalı avtomobil su kanalına düşüb. Hadisə 1 fevral 23.00 radələrində baş verib. Məlumata görə, FHN-in xilasediciləri və polis əməkdaşları hadisə yerində olublar. Salyan rayonunun Kürsəngi kəndi ərazisində suya düşmüş "10 NJ 114" nömrəli "İnfiniti" markalı avtomobil sudan çıxarılıb. Məlumata görə, avtomobilin çıxarılması ilə onun içərisində 1 nəfərin, yəni sürücünün olduğu məlum olub. Suda boğulmuş sürücünün Şirvan şəhəri sakini Xəqani küçəsi 19 mənzil 48 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Yusubov Rəşad Zamin oğlu olduğu müəyyən edilib. İlkin versiyaya görə qəzaya səbəb qatı dumanlı hava olub. Belə ki, görünmə məsafəsi 2-3 metr olub.

O.M.