Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar

Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar

2 Fevral 2013 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şurabad, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, Göygöl və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.