Sabah hava fasilələrlə yağıntılı, günün ikinci yarısında soyuq olacaq

Sabah hava fasilələrlə yağıntılı, günün ikinci yarısında soyuq olacaq

1 Fevral 2013 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 02-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-4, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

O.M.