Ben Ladenin kürəkəni Türkiyədə ələ keçirildi

Ben Ladenin kürəkəni Türkiyədə ələ keçirildi

1 Fevral 2013 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

"Əl-Qaidə" terror təşkilatının lideri Üsamə Ben Ladenin kürəkəni Süleyman M. Türkiyədə həbs edilib.Süleyman M. Milli İstihbarat Təşkilatı və CIA-nın Ankarada keçirdiyi birgə əməliyyat zamanı tutulub. Beynəlxalq axtarışda olan Süleyman M.nin 2001-ci il, sentyabrın 11-dən harada olduğu bilinmirdi. Son vaxtlar isə onun İrandakı xüsusi bir düşərgədə təlim keçdiyi barədə xəbərlər yayılmışdı. İranı Səudiyyə Ərəbistanı vətəndaşı adı altında saxta sənədlə tərk edən Süleyman M.-nin Türkiyədə ətrafına bir qrup cəmlədiyi də məlum olub.

O.M.