Pakistan pis vəziyyətdə qalıb

Pakistan pis vəziyyətdə qalıb

3 May 2011 09:07
Bəyəndim (0) Bəyənmədim (0)


Pakistan hakimiyyəti Usama Ben Ladenin İslamabad yaxınlığında olduğunu bilmədiklərini ABŞ-a sübut etməlidir. Bu barədə ABŞ Konqresi Senatının daxili təhlükəsizlik komitəsinin rəhbəri Cozef Liberman bəyan edib.

O, "İndi Pakistan üçün əsl təzyiq dövrü başlayır - onlar bizə Ben Ladenin orada olduğunu bilmədiklərini sübut etməlidirlər", - deyib.

Öz növbəsində Nümayəndələr palatasının kəşfiyyat komitəsinin rəhbəri Mayk Rocers Pakistan ərazisində Ben Ladenin çoxlu köməkçilərinin gizləndiyinə əmin olduğunu bildirib.


Qeyd edək ki, dağlarda axtarılan Ben Laden Pakistan sərhədində milyon dollarlıq bir villada öldürülmüşdü. Taliban isə öldürülən şəxsin Ben Laden yox, başqası olduğunu açıqlayıb.


Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı...


Elvin Babayev


O.M.