Sabirabadda zəncirvari yol qəzasında 4 nəfər xəsarət alıb

Sabirabadda zəncirvari yol qəzasında 4 nəfər xəsarət alıb

1 Fevral 2013 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabadda 3 avtomobil toqquşub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib. Rayon sakini, 18 yaşlı Ələkbərzadə Aqil Tarverdi oğlunun sürətlə idarə etdiyi "VAZ 21015" markalı avtomobil qarşıdan gələn 51 yaşlı Əliyev İxtiyar Müseyib oğlunun idarə etdiyi "VAZ 2106" markalı maşınla toqquşub. "VAZ 2106" markalı avtomobil zərbənin nəticəsindən istiqamətini dəyişərək yolun kənarında dayanan Cəfərov Zaur Yunus oğluna məxsus "VAZ 2107" markalı maşına çırpılıb. Hadisə nəticəsində "VAZ 21015"in sürücüsü Aqil Ələkbərzadə, sərnişinlər 19 yaşlı Əliyev Ramil Behbud oğlu və 22 yaşlı Əsgərov Elnur Tahir oğlu, "VAZ 2106" markalı avtomobilin sürücüsü İxtiyar Əliyev müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. İxtiyar Əliyevə ilkin yardım göstərildikdən sonra Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir. Faktla bağlı Sabirabad Rayon Polis şöbəsində araşdırma aparılır.

O.M.