Bu gün hava necə olacaq?..

Bu gün hava necə olacaq?..

3 May 2011 08:56
Bəyəndim (0) Bəyənmədim (0)


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, tutulub açılacağı gözlənilir.

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, mayın 3-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasan yağmursuz olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 9-14 dərəcə isti təşkil edəcək.


Havanın necə olmağından asılı olmadan hamınıza aydın səma, hərarət, işıq dolu gün arzusu ilə


Elvin Babayev


O.M.