Bu gün Şamaxı qazsız qalacaq

Bu gün Şamaxı qazsız qalacaq

1 Fevral 2013 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Təmir işləri ilə əlaqədar bu gün saat 17:00-dək "Dilman-Şərədil" xətti istisna olmaqla "Şamaxı" Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri aparılan müddətdə Şamaxı şəhəri də daxil olmaqla rayonun Meysəri, Xınıslı kəndləri və Şəhriyar qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

O.M.