Bakıda ərlə arvadını maşın vurdu: 1 yaralı, 1 ölü var

Bakıda ərlə arvadını maşın vurdu: 1 yaralı, 1 ölü var

1 Fevral 2013 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 31-də axşam saatlarında Bakı şəhərinin Sabunçu rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Kürdəxanı-Pirşağı yolunda Məmmədov Etibar Hacıbala oğlu idarə etdiyi "Opel Vectra" markalı, 10 VS 973 nömrə nişanlı avtomobillə 2 piyadanı vurub. Nəticədə piyadalar 1962-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Nuriyeva Mahirə Nuru qızı ağır bədən xəsarətləri alıblar. Xəstəxanaya yerləşdirilən yaralılardan M.Nuriyevanın həyatını xilas etmək mümkün olmayıb. Faktla əlaqədar Sabunçu PRİ-də cinayət işi başlayıb, araşdırmalar aparılır.

O.M.