Bu gün səhər saatlarında Bakı Metropolitenindəki qatarda nasazlıq yaranıb

Bu gün səhər saatlarında Bakı Metropolitenindəki qatarda nasazlıq yaranıb

1 Fevral 2013 09:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarların gecikməsi müşahidə edilib. Qatarların gecikməsi nəticəsində stansiyanın platformasında sərnişinlərin sıxlığı yaranıb. Bakı Metropolitenindən verilən açıqlamada qatarlarda gecikmənin olduğunu təsdiqləyiblər. Metropolitenin baş mühəndisi Etibar İsayev qeyd edib ki, gecikməyə səbəb qatarların birində yaranmış nasazlıq olub: "Qatarda nasazlıq olub və aşağı sürətlə hərəkət etdiyinə görə 8 dəqiqə gecikib. Artıq nasazlıq aradan qaldırılıb, amma qatarlar müəyyən gecikmə ilə hərəkət edirlər, tədricən bu da aradan qaldırılacaq"

O.M.