Özbəkistanın Azərbaycandakı səfirliyi Dağlıq Qarabağın müstəqilliyini rəsmən tanıdı, dərhal haker hücumuna məruz qaldı

Özbəkistanın Azərbaycandakı səfirliyi Dağlıq Qarabağın müstəqilliyini rəsmən tanıdı, dərhal haker hücumuna məruz qaldı

1 Fevral 2013 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

Özbəkistanın Azərbaycandakı səfirliyinin rəsmi saytı haker hücumuna məruz qalıb. Məlumata görə, 31 yanvar tarixində səfirliyin rəsmi saytında Özbəkistanın Dağlıq Qarabağın müstəqilliyini rəsmən tanıması ilə bağlı məlumat yerləşdirilib. Bu məlumat yerləşdirildikdən bir qədər sonra sayta haker hücumu olub. Hazırda səfirliyin rəsmi saytı fəaliyyətini tamamilə dayandırıb. Qeyd edək ki, hələ ki, nə Azərbaycan, nə də Özbəkistan tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

O.M.