Dəm qazı 27 yaşlı gənci zəhərlədi
Bu gün gecə saatlarında Qubada dəm qazından zəhərlənmə faktı qeydə alınıb. 1986-cı il təvəllüdlü Quba şəhər sakini Süleymanov Elçin Mübariz oğlu hamamda çimərkən dəm qazından zəhərlənib. O, dərhal Quba MRX-nın reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan RTV-yə verilən məlumata görə, hazırda xəstənin vəziyyəti normaldır.
O.M.
Digər xəbərlər