Fevralın 1-nə olan hava proqnozu

Fevralın 1-nə olan hava proqnozu

1 Fevral 2013 08:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun, arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində gecə və səhər yağıntının intensiv olacağı, sulu qara keçəcəyi ehtimalı var. Günün ikinci yarısında havanın nisbətən açılacağı gözlənilir. Temperaturun gecə 0-2 dərəcə isti, gündüz 2-6 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 1-6 dərəcə, bəzi yerlərdə 10 dərəcəyədək şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir.
Temperaturun gecə 4-9 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağıntı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.
Temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 1-3 dərəcə isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz: fevralın 1-də və 2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün, əsasən, əlverişlidir.

O.M.