Azərbaycanda mayın 9-u və 30-u qeyri-iş günüdür

Azərbaycanda mayın 9-u və 30-u qeyri-iş günüdür

2 May 2011 16:57
Bəyəndim (0) Bəyənmədim (0)


May ayında Azərbaycanda bayramlarla əlaqədar 2 gün - mayın 9-u və 30-u qeyri-iş günüdür. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Məlumatda bildirilib ki, mayın 9-u Faşizm üzərində Qələbə Günü Azərbaycanda qeyd olunacaq. Mayın 9-u həftənin bazar ertəsinə düşür və həmin gün qeyri-iş günü hesab olunur. Mayın 28-i isə həftənin şənbə gününə düşdüyündən Əmək Məcəlləsinə əsasən (bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur), növbəti həftənin bazar ertəsi günü - mayın 30-u qeyri-iş günü sayılır.


Biz isə həmişəki kimi iş başında olacağıq. Necə deyərlər, biz işləyirik ki, siz istirahət edə biləsiniz...


Tofiq Əliyev


O.M.