Usama Bin Laden həqiqətən ölüb?

Usama Bin Laden həqiqətən ölüb?

2 May 2011 16:25
Bəyəndim (0) Bəyənmədim (0)
Rəsmlər foto-montaj imiş

Öncə Pakistan, ardından isə bütün dünya telekanallarında yayımlanan Usama Bin Ladenin cəsədinin fotosu saxta çıxdı. Rəsmi nəzarətdən keçirən mütəxəssislər onun "fake" - foto-montaj olduğunu söylədilər. Liderin illər öncə çəkdirdiyi foto ilə bu rəsm tutuşduruldu. Həqiqətən də aralarında yerlə-göy qədər fərqin olduğu ortaya çıxdı.

Şəkilləri nəşr edənlərin ABŞ səlahiyyətlilərinə zəng edərək, bunun bir oyun olduğunu söylədikləri xəbər verilir.

Bu dəqiqələrdə daxil olan ən son məlumatda isə bildirilir ki, terrorçu həqiqətən məhv edilib. Sadəcə, CİA əməkdaşları fotoları yaymaqla həddən artıq ajiotaja səbəb olacaqlarından ehtiyat edirlər. Belə ki, terrorçu istifadəsi qadağan olunmuş silahla məhv edilmiş ola bilər.


Bu məsələ lap çobanyastığı ləçəklərinin qoparılmasına oxşadı: "sevir, sevmir, sevir, sevmir"..


Günel Həbib


O.M.