Dünən Azərbaycan sularında bir neçə adam həyatını itirib

Dünən Azərbaycan sularında bir neçə adam həyatını itirib

2 May 2011 15:21
Bəyəndim (0) Bəyənmədim (0)


Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində suda batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir.

Samur-Abşeron kanalının Quba rayonu, Hacı-Hüseynli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır;

Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində yerləşən gölə "VAZ" markalı minik avtomobilinin düşməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri avtomobilin və həmin nəqliyyat vasitəsinin sürücüsünün cəsədinin suda taparaq çıxarılmasını və aidiyyəti üzrə təhvil verilməsini təmin edilmişlər. Əməliyyat saat 10:05-də başa çatmışdır;

Xaçmaz rayonunda Xaçmaz-Bakı avtomobil yolunun 19-cu kilometrliyində "BMW" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq körpüdən çaya aşmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü və sərnişin yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə hər iki şəxsi avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 20:25-də başa çatmışdır. Qəza nəticəsində yaralanmış 1978-ci il təvəllüdlü S.Piriyev xəstəxanaya aparılarkən yolda ölmüşdür;


Su aydınlıqdır, deyib atalarımız. Biz də sularda baş vermiş hadisələrə aydınlıq gətirərək, vətəndaşlardan ehtiyatlı olmalarını xahiş edirik.


İnarə Rafiqqızı


O.M.