"Qalmaz"da baş vermiş qəza ilə bağlı təhqiqat gedir

"Qalmaz"da baş vermiş qəza ilə bağlı təhqiqat gedir

2 May 2011 14:49
Bəyəndim (0) Bəyənmədim (0)


Mayın 1-də günorta saatlarında ARDNŞa məxsus "Azneft" İstehsalat Birliyi Yeraltı Qaz Anbarları İdarəsinin Qalmaz sahəsində qəza baş verib. Hadisə "Qalmaz" yeraltı qazsaxlama anbarında aparılan genişləndirmə işləri zamanı baş verib. Burada köhnə işlək separatorların yenisi ilə əvəz edilərək ləğvetmə işləri aparılarkən separator qurğusunun daxili konstruksiyasında olan nasazlıqdan partlayış baş verib. Hadisə nəticəsində bu sahədə çalışan "Neftqaztikinti" Trestinin 5 saylı İnşaat-Quraşdırma İdarəsinin briqadiri Arif Bəşirov həlak olub, həmin idarənin quraşdırıcısı Vaqif Şəfiyev isə yaralanıb. Hadisənin başvermə səbəblərinin araşdırılması məqsədi ilə komissiya təşkil edilib, təhqiqat işləri aparılır.


Ehtiyat igidin yaraşığıdır. Hamınız yaraşıqlı olmağa çalışın...


Könül Aypara


O.M.