Azərbaycandan Cenevrəyə nota!

Azərbaycandan Cenevrəyə nota!

2 May 2011 13:53
Bəyəndim (0) Bəyənmədim (0)


Cenevrə şəhərində 29 aprel -3 may tarixində Kitab və Mətbuat Sərgisi keçirilməkdədir. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyindən verilən məlumata əsasən, həmin sərgidə Ermənistan şərəf qonağı qismində iştirak edir və 2 may 2011-ci il tarixində Ermənistanın prezidenti sözügedən sərgini ziyarət edəcək.

29 aprel 2011-ci il tarixində sərginin açılışı zamanı məlum olub ki, Ermənistana aid olan stendlərdə ölkəmizin ərazi bütövlüyünü təhrif edən müvafiq materiallar nümayiş etdirilir. Bununla əlaqədar olaraq, Səfirlik tərəfindən dərhal İsveçrənin Xarici İşlər Federal Departamentinə və sərginin təşkilatçılarına məlumat verilib, narahatçılığımız və etirazımız ifadə edilib. Bununla yanaşı, Səfir M.Nəcəfbəyli tərəfindən sərginin təşkili üzrə məsul olan qurumun rəhbərləri Bernard Quiot və Adeline Beaux ilə görüş keçirilib, ölkəmizin narahatçılığı qarşı tərəfin diqqətinə çatdırılıb, həmin materiallarda həqiqətə uyğun olmayan məqamlar əyani olaraq nümayiş etdirilib və onların sərgidən çıxarılması tələb edilib. Eyni zamanda, Səfirlik tərəfindən İsveçrənin Xarici İşlər Departamentinə etiraz notası ünvanlanıb, bu etirazın mahiyyəti izah edilib və məsələ ilə bağlı İsveçrə tərəfindən müvafiq tədbirlərin görülməsinin təmin edilməsi xahiş edilib.


Problemin nəticəsi ilə mübarizə aparmaqdansa səbəbi ilə mübarizə aparmaq məntiqli olardı...


Könül Aypara


O.M.