Tovuzda baş vermiş qəzada 1 nəfər dünyasını dəyişib

Tovuzda baş vermiş qəzada 1 nəfər dünyasını dəyişib

2 May 2011 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

Dönük Qırıxlı kəndi ərazisində Aşağı Quşçu kənd sakini Elşən Rəsulovun idarə etdiyi "VAZ-2107" markalı və Gəncə şəhər sakini Zaur Əliyevin idarə etdiyi "Audi" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış E.Rəsulov və anası Lətafət Rəsulova, Z.Əliyevin sərnişini Günel Əliyeva xəstəxanaya yerləşdiriliblər. Təəssüflər olsun ki, E.Rəsulovun həyatını xilas etmək mümkün olmayıb. Yaralıların vəziyyəti isə qənaətbəxşdir.

"Sürmə 100, yaşa 100"

Könül Aypara

O.M.