Tarixi anı otaqda ilk onlar canlı izlədilər

Tarixi anı otaqda ilk onlar canlı izlədilər

2 May 2011 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Pakistanda keçirdiyi hərbi əməliyyatda öldürülən Usama Ben Ladenin cəsədi üzərində müayinələr aparılır. Onun üzü texniki-tibbi baxışdan keçirilir, DNT testi edilir. Nəticələr isə bir neçə gün ərzində dəqiqləşdiriləcək. Və ilk ehtimallara görə, bu cəsəd, məhz Usamaya aiddir. Xatırladaq ki, yerli sakinlərdən biri terrorçunun hücum zamanı dirəndiyini, təslim olmaq istəmədiyini söyləyərək, Usamanın başından vurularaq öldürüldüyünü açıqlayıb.

40 dəqiqədən az müddətdə yekunlaşdırılan hücumu Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sədri Leon Panetta və digər kəşfiyyat nümayəndələri Virciniya Langleydəki "CIA" mərkəzinin konfrans otağında canlı izləyib. "Əməliyyat müvəffəqiyyətlə nəticələndi" - mesajını aldıqları anda isə konfrans zalındakılar güclü alqış və sevinc səsləri ilə bu uğuru qeyd ediblər.

Yəqin müayinə aparan həkimlər onun cəsədindən də qorxurlar.

Günel Həbib

O.M.