Usama bin Ladenin oğlu da öldürüldü

Usama bin Ladenin oğlu da öldürüldü

2 May 2011 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikanın həyata keçirdiyi əməliyyat "sayəsində" bin Ladenin oğlu və Əl-Qaidə liderinin köməkçisi ilə yanaşı 2 kişi, 1 qadının da öldürüldüyü qeyd edilir. Çox sayda qadın və uşağın olduğu evə təşkil edilən əməliyyatda 2 qadının yaralandığını, ancaq amerikalıların zərər görmədiyini ifadə edən qaynaqlar çox təhlükəli bir əməliyyatın uğurla tamamlandığını vurğuladılar. Səlahiyyətlilər əməliyyat zamanı bir vertolyotun texniki qəza üzündən məhv olduğundan əməliyyat qrupunun başqa bir vertolyota keçdiyini söyləyiblər. Əməliyyatın təşkil edildiyi kompleks 5 il bundan əvvəl inşa edilib. Yüksək divarlar və tikanlı məftillərlə əhatəli evdə "dünyanın ən çox axtarılan adamı" - bin Ladenin nə zamandan bəri qaldığı isə hələ müəyyən olunmayıb.


Həşəratı öldürdükdən sonra mütləq zibili təmizləmək lazımdır...


Günel Həbib


O.M.