Müdafiə Nazirliyi mətbuata açıqlama verdi

Müdafiə Nazirliyi mətbuata açıqlama verdi

2 May 2011 12:04
Bəyəndim (0) Bəyənmədim (0)


"Ermənilər yalan danışırlar və məsələni qəsdən Azərbaycanla bağlamaq istəyirlər". Bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu aprelin 29-da iki erməni əsgərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən Dağlıq Qarabağda öldürülməsi, birinin isə yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumatlarla bağlı deyib. Ermənilərin növbəti dəfə yalan məlumat yaydığını qeyd edən E. Sabiroğlu əslində vəziyyətin tamam başqa cür olduğunu bildirib: "Bildiyiniz kimi, Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında ədavət çoxdan mövcuddur. Bir-birinə qarşı düşmənçilik münasibətləri orduya da sirayət edib. Artıq neçənci dəfədir ki, Dağlıq Qarabağda yerləşən hərbi hissələrdə mübahisə zəminində necə deyərlər gəlmə ermənilərlə, yerli erməni əsgərləri arasında baş verən atışmalar nəticəsində ölənlər olub. Əldə edilən məlumata görə, aprelin 29-dakı hadisə də məhz bu zəmində baş verib. Ermənistan vətəndaşı olan əsgər avtomat silahdan açdığı atəşlə Dağlıq Qarabağın Martuni rayonunda anadan olan iki əsgəri qətlə yetirib, birini isə yaralayıb. Əsl vəziyyət belədir".


Deyirlər, it itin ayağını tapdalamaz. Belə çıxır ki, quduzlaşanda tapdalayırmış...


Könül Aypara


O.M