Londonda Azərbaycanla bağlı forum keçiriləcək

Londonda Azərbaycanla bağlı forum keçiriləcək

2 May 2011 12:59
Bəyəndim (0) Bəyənmədim (0)



Londonda Azərbaycanın investisiya potensialına həsr edilmiş forum keçiriləcək. Tədbir mayın 12-13-ə nəzərdə tutulur. Avropa Azərbaycanlılar Cəmiyyətinin (TEAS) saytından verilən məlumata görə, tədbirin əsas məqsədi son dövrlərdə Azərbaycan iqtisadiyyatının inkişaf meyllərini və imkanlarını, respublikada investisiya şəraitini, habelə sərmayədarlar üçün cəlbedici elementləri nümayiş etdirməkdir. Forumda Azərbaycanın investisiya planı ön plana çəkiləcək. Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri F. Qurbanovun, Böyük Britaniya Parlamentinin üzvü Mark Fildin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti A. Məmmədovun, habelə müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəyi gözlənilir.


Korrupsiyanın kökü kəsilsə, Azərbaycan investorlar üçün əlverişli ölkəyə çevriləcək. Yoxsa..


Elvin Babayev


O.M.